21 may 2019-cu il tarixində AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov geniş tərkibli nümayəndə heyəti ilə AMEA Yüksək Texnologiyalar Parkına səfər ediblər.

YT Parkın direktoru Nazim Şükürov və direktor müavini Məmməd Bağırzadə qonaqları qarşılayaraq AMEA YT Parkın infrastruktur imkanları barədə ümumi məlumat verdilər.

Sonra qonaqlar Akademiyanın laboratoriyası (AMEA SEASM) ilə tanış oldular. Laboratoriyanın müdiri, alim Arzu Əlizadə və keyfiyyət meneceri Kamal Yusifov qonaqlara laboratoriya haqqında məlumat verdilər.

Qonaqlar YT Parkda neft məhsullarının istehsalını həyata keçirən müəssisələrin istehsal prosesi və məhsulları ilə tanış oldular.

Sonda çay süfrəsinə dəvət olunan qonaqlar görüş haqqında təəssüratlarını bölüşdülər.