Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin elmə daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Akademiyanın fəaliyyətindən, elmin prioritet istiqamətlərində aparılan araşdırmalardan, AMEA-nın Yüksək Texnologiyalar Parkının nailiyyətlərindən, nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışan akademik A.Əlizadə biznes forumun sahibkarlarla AMEA YTP arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.
“Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev elm və biznes arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırıb.
AMEA Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.
AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, AMEA Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov,AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov,AMEA Strateji Araşdırmalar Mərkəzinin direktoru Fətəli Abdullayev,AMEA YTP- nin rezidenti olan “Millers Oils LTD”- nin rəhbəri Sənan Abdullayev və digər tədbir iştirakçıları da elm və biznes arasında əməkdaşlığın genişləndirilməsinin hər iki tərəfə töhfə verəcəyinə əminliklərini bildiriblər.
Sonra “Caspian European Club” və AMEA-nın Yüksək Texnologiyalar Parkıarasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xatırladaq ki, dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.