İclası giriş nitqi ilə açan AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev ilk növbədə Yüksək Texnologiyalar Parkına yeni direktor təyin olunmuş Samir Məmmədovu rezidentlərə təqdim edib. Daha sonra rezidentlik statusu əldə etmiş müəssisələrin fəaliyyətləri zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması və səmərəliliyin artırılması istiqamətində bir sıra məsələlər müzakirə edilib. Bu sahədə görüləcək tədbirlər barədə müəssisə rəhbərlərinə müvafiq göstərişlər verilib və müəssisələrin gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.