Görüşdə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev, AMEA YT Parkın ümumi işlər üzrə direktor müavini Elxan Bayramov, Rəyasət Heyəti aparatının Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsi müdiri Bünyamin Seyidov iştirak ediblər.
Sonra AMEA YT Parkın Texnologiyaların Tranferi və Biznes İnkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı AMEA Yüksək Texnologiyalar Parkı haqqında qonaqlara məlumat verərək, Parkın yaradılmasında əsas məqsədin iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və s. dövlət dəstəyini daha da artırmaqdan ibarət olduğunu söyləyib. O, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm işlərin görüldüyünü qeyd edib.

Sonda Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra “AMEA Təcrübə-Sənaye Zavodu” MMC və “Millers-Oils Azərbaycan” MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar AMEA YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası və Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olunub.