02 iyul 2018-ci il tarixdə “Paşa Bank” ASC tanışlıq məqsədi ilə “Paşa Bank” ASC nümayəndə heyəti tərəfindən seminar keçirilib.
Seminarda Korporativ Bankçılıq Departamentinin Müştəri meneceri Zahid Əfəndiyev və Gülnur Səfərova, “Paşa Sığorta”-nın Satış Departamentinin müdir muavini Zinyət Məmmədova, “Paşa İnvestment” MMC-nin İnvestisiyalar üzrə menecerləri Zaur Məlikov və Ülvi Bağırov, AMEA YT Parkının əməkdaşları və rezidentləri iştirak edib.
AMEA YT Parkın direktor müavini Elxan Bayramov gələn qonaqları salamlayaraq, Parkda olan rezidentlər və onların istehsal etdikləri məhsullar haqqında məlumat verib.
Sonra isə “Paşa Sığorta”-nın Satış Departamentinin müdir muavini Zinyət Məmmədova icbari və könüllü sığorta xidmətləri haqqında təqdimatla çıxış edərək, qonaqların siğorta ilə bağlı suallarını cavablandırıb.
Seminardan sonra qonaqlar istehsalat müəssisəndə məhsullarla tanış olublar. “Paşa İnvestment” MMC-nin İnvestisiyalar üzrə menecerlərinə Parkın rezidentlərinin həyata keçirdikləri innovativ layihələr və istehsal etdikləri məhsullar haqqında geniş məlumat verilib.