11-17 mart 2019-cu il tarixlərində AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) təşkilatçılığı ilə baş tutacaq “Elm həftəsi”nə hazırlıq işlərilə bağlı iclas keçirilib.

YT Parkda baş tutan iclası qurumun direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov açaraq ölkə başçının “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladıb. O, bu Sərəncamdan irəli gələrək AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığına əsasən “Elm həftəsi”nin keçiriləcəyini söyləyib.

N.Şükürov daha sonra “Elm həftəsi”nin proqramı barədə məlumat verib, tədbirin yüksək səviyyədə təşkil olunması ilə bağlı müvafiq tapşırıqlarını diqqətə çatdırıb.

 

Mənbə: science.gov.az