07 fevral 2019 cu il tarixdə Daxili İşlər Nazirliyinin nümayəndə heyəti AMEA YT Parkın fəaliyyəti, istehsal etdikləri hazır məhsullar və istehsal prosesi ilə yaxından tanış olmaq məqsədi ilə AMEA Yüksək Texnologiyalar Parkında olublar. Görüşdə Daxili İslər Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinin Avomobil Təsərrüfatının rəis müavini polis mayoru Samir Ağayev, Maddi Texniki Təminat Baş İdarəsinin Maliyyə hissə rəisi polis mayoru Rəşad Əliyev, həmin Baş İdarənin Avtonəqliyyat şöbəsinin inspektoru polis leytenantı Elvin Xəlilov, AMEA YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov, infrastruktur üzrə direktor müavini a.e.ü.f.d. Elxan Bayramov, strateji inkişaf üzrə direktor müavini h.ü.f.d. Məmməd Bağırzadə iştirak etmişlər.
AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində (AMEA SEASM) qonaqlara laboratoriya avadanlıqları, Mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verilmişdir. Mərkəzdə yaradılmış maddi-texniki baza, müasir tələblərə cavab verən iş şəraiti, beynəlxalq akkreditasiyadan keçməsi qonaqlarda böyük marağa səbəb olmuşdur. Spesifik suallar cavablandırılmış, görüş diskussiya şəraitində aparılmışdır.
AMEA Təcrübə Sənaye Zavodunun istehsal sahəsi ilə tanış olduqdan sonra hazır məhsul anbarında toplanılmış mallar barədə məlumat verilmişdir.