Tanınmış iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, ABŞ Prezidetinin Səudiyyə Ərəbistanı ilə silah satışı sövdələşməsinin ləğv edilməyəcəyi ilə bağlı açıqlamasından sonra neft bazarında sakitçilik müşahidə edilir:

“BP-nin rəhbəri Bob Dudley isə neftin indiki qiymətini dünya üçün qeyri-sağlam qiymət kimi dəyərləndirib. Mövcud qiymətindəki artımlar daha çox siyasi səbəblər ilə bağlıdır. İrana qaşı sanksiyalar və eləcə də Venesualadakı böhran qiymətə təsir göstərməkdədir. Siyasi səbəblərə və o cümlədən Venesualada böhran səngiyərsə neftin qiyməti yenidən hər barel üçün 60-65 dollaradək enə bilər”.