“Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu” MMC-nin kollektivi son vaxtlar bütün gücünü səfərbər edərək istehsal sahələrini modernləşdirməklə, Qərbi Avropa ölkələrindən müasir tipli aşqar paketləri gətirərək istehsal edilən məhsulların keyfiyyətini daha da yaxşılaşdırmaqla, ölkədə kəskin rəqabət şəraitinə baxmayaraq yeni istehlak mənbələrinin zavoda cəlb edilməsinə nail olmuşdur.

“Yüksək keyfiyyət” devizini əldə rəhbər tutan kollektivimizin gözləntiləri özünü doğrultmağa başlamışdır. Ucuz qiymət və aşağı keyfiyyət prinsipi ilə işləyən bəzi istehsalçı müəssisələr artıq müştərilərini itirməkdədirlər. Zavodumuz isə əksinə, stabil keyfiyyət və əlverişli qiymət siyasəti nəticəsində alıcıların etibarını və etimadını qazanmaqda davam edir. Xüsusən bu ilin əvvəlindən etibarən zavodun istehsal etdiyi məhsullara “ShieldEX” əmtəə nişanı alındıqdan sonra zavod kollektivinin məsuliyyəti birə-iki artmışdır. Son illərdə respublika rəhbərliyinin idxaldan asılılığın, tenderlərin keçirilməsi zamanı müşahidə olunan neqativ təzahürlərin aradan qaldırılması sahəsində gördüyü qətiyyətli tədbirlərin nəticəsidir ki, zavodumuz iştirak etdiyi tender müsabiqələrinin əksəriyyətində qalib olur. Bunlara misal olaraq SOCAR-ın müxtəlif idarə və təşkilatlarını, Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti, “Azərsu” ASC, “Azərpambıq ASK” MMC, və bu kimi müəssisələri göstərmək olar.

Bundan əlavə zavodumuz apardığı uğurlu marketinq siyasəti nəticəsində respublikanın pərakəndə satış bazarının da əhəmiyyətli hissəsini özünə cəlb etməkdədir. Bu keyfiyyətinə və münasib qiymətlərinə görə MDB məkanında özünə rəqib görməyən sürtkülərin (Solidol-j, Litol-24, Floran EP və s.) sayəsində özünü daha qabarıq şəkildə göstərir.