AMEA Yüksək Texnologiyalar Parkı ərazisində fəaliyyət göstərən “AMEA Təcrübə-Sənaye Zavodu” MMC “ShieldEX SP-3” ticarət markası adı altında universal çox funksiyalı yuyucu-yağlayıcı maye konsentratının istehsalına başlamışdır.
Bu vasitə 1-3% su məhlulu (suspenziya) şəklində bütün tip yonucu, cilalayıcı, kəsici torna avadanlığının, habelə müasir pambıq yığan kombaynlarının şpindellərinin yuyucu-yağlayıcı sistemlərində işlədilir.
Bu vasitə ekoloji cəhətdən zərərsiz komponentlərdən hazırlandığı üçün ətraf mühit və işçi personal üçün heç bir təhlükə yaratmır.