Bu tədbirdə dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatlar və diaspor nümayəndələri, yerli və xarici iş adamları qatılıblar.
Göyçay rayonu İcra Hakimiyyətinin dəvəti ilə “Azərbaycan Milli Akademiyası Təcrübə-Sənaye Zavodu” MMC-nin üç nəfərdən ibarət nümayəndə heyətidə bu bayram tədbirinin iştirakçısı olmuşdur.
Festival günlərində nar və nar məhsullarının sərgi yarmarkası eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr təşkil edilmişdir.
Eyni zamanda müəssisəmiz üçün ayrılmış xüsusi stenddə “AMEA TSZ” MMC-nin istehsalı olan bir neçə innovativ xarakterli məhsullar tanıtım məqsədilə festival iştirakçılarına nümayiş etdirilmişdir. Həmin məhsullardan “Ağ Naftalan yağı” əsasında “Naftaderm brend adı altında istehsal olunmuş müxtəlif kosmetik vasitələr və “Shieldex” brendi adı altında istehsal olunmuş mühərrik yağları və sürtkü materialları qonaqların böyük marağına səbəb olmuşdur.