3-4 oktyabr 2019-cu il tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda “Müasir kimyanın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans öz işini  davam etdirib.

Konfransı giriş sözü ilə institutun direktoru, akademik Vaqif Abbasov açaraq, gələn qonaqları, konfrans iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının AMEA-nın akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi haqqında 2019-cu il 11 mart tarixli 1026 nömrəli sərəncamının yubileyin yüksək səviyyədə təşkili üçün böyük stimul verdiyini və möhtərəm prezidentimizin 01.10.2019-cu il tarixdə imzaladığı sərəncamlarla institutumuzun bir neçə əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Əməkdar elm xadimi” və “Əməkdar mühəndis” adları ilə və “Tərəqqi” medalı ilə təltif olunmasına görə öz adından və institutun əməkdaşarı adından dərin təşəkkürünü bildirdi.

Akademik Vaqif Abbasov institutda görülmüş işlər və gələcək perspektivdəki işlər haqqında məlumat verdi.

Sonra İnstitutun əməkdaşlarına Kimya Elmləri Bölməsinin verdiyi Fəxri Diplomların təqdim edilməsi üçün sözü Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyevə verib.

Təqdimatdan sonra konfrans plenar məquzələrlə öz işini davam etdirib.

İlk plenar məruzəni akademik Vaqif Abbasov edib, sonra gündəliyə əsasən Türkiyənin İğdır Universitetini rektoru Mehmet Hakkı Alma və Misirin Neft Araşdırma İnstitutunun professoru Əhməd Al Sabah plenar məruzələrlə çıxış ediblər.

Konfransın ikinci günü isə ABŞ-ın Emori Universitetinin professor Cəmaləddin Musayev, Rusiya Elmlər Akademiyasının A.N.Frumkina adına Fiziki kimya və elektrokimya institutunun professoru Aleksey Buryak, Tomsk Dövlət Universitetinin kimya elmlər doktoru Eldar Daxnavi plenar məruzələrlə çıxış etdilər.

Qeyd edək ki, konfrans “Neft, yanar şistlər, səmt qazları və təbii qazların emalının aktual problemləri”, “Neft-kimya sintezinin perspektiv istiqamətləri, kompüter kimyası”, “Ekologiya və enerji problemlərinin həllində “yasıl kimya””, “Aqrokimya və farmokimyanın aktual problemləri”, “Nanotexnologiyalar” və digər bölmələrinə ayrılıb.

Sonda akademik Vaqif Abbasov konfrnasda aktiv iştirak etdikləri üçün bütün qonaqlara öz dərin minnətdarlığını bildirib.