“AZTEXNIKA” şirkətinin icraçı direktoru Rəşad Əliyev, direktor müavini eyni zamanda satış şöbəsinin müdiri Ayaz Dadaşzadə 04 Aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavoduna səfər ediblər.
Görüşün keçirilməsində əsas məqsəd YT Parkda istehsal olunan məhsullarla yaxından tanışlıq, eləcə də əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. YT Parkın rezidentləri, AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə tanış olublar. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb.