AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının inkubator-rezidenti olan “SmFreshOil” brendinin sahibi, “ABAD”çı Maya Səbzəliyeva qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsində mükafata layiq görülüb.

Maya Səbzəliyeva ilə Yüksək Texnologiyalar Parkında görüş olub. Görüşdə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Vasif Abbasov “Biznesdə qadınların gücü” layihəsində mükafata layiq görülməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı bir sıra digər layihələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.