Əraziyə ümumi baxış keçirildikdən sonra qonaqlar zavod laboratoriyasına və istehsal sahələrinə baxış keçirmişlər. Burada məhsullarımızla tanış olan Monqolustan Prezidentinə zavod fəaliyyəti haqqında ətraflı məlumat verilib.  Bildirilib ki, AMEA Təcrübə-Sənaye Zavodu yerli istehsal məhsullarının inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.