Image module
Qrafit sürtküsü
Təsnifat: DIN 51825 üzrə KF2C-20 (tələblərinə uyğundur): ГОСТ 3333-80
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: sifarişə əsasən
Təsvir:
УСсА qrafit sürtküsü tünd bozdan qara rəngədək çalan bircinsli qaba kremdir. УСсА sürtküsü tərkibinə görə sintetik solidoldan az fərqlənir. Fərq daha özlülüklü baza yağı və tərkibində qrafitin mövcud olmasından ibarətdir.
Tətbiq sahələri:
УСсА qrafit sürtküsü ressorlarda, açıq dişli çarxlarda, tırtıllı maşınların torsion asqılarında və digər çox yüklənmiş, azsürətli mexanizmlərdə istifadə olunur.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Sürtkü tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat gigiyena-qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Sürtkünün gözə düşməsindən özünüzü qoruyun. Sürtkünü dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Sürtkü gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş sürtkünün rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya boşaldılması qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Xarici görünüşü  Tünd bozdan qarayadək rəngə çalan bircins krem
Damcıdüşmə temperaturu, °С, aşağı olmamalı 77
Penetrasiya, 25 °С-də с qarışdırılmaqla, mm-1 250-290
Möhkəmlik həddi, Pа (qs/sm2), 50 °С-də, az olmayaraq  100 (1,0)
Kolloid stabilliyi, ayrılmış yağın %-i, çox olmamalı 5
Metallara korroziya təsiri davam gətirir
Suyun miqdarı, %, çox olmamalı 3