Image module
Dizel mühərrikləri üçün mineral mühərrik yağı
Təsnifat: (tələblərinə uyğundur): ГОСТ 12337-84, TŞ AKİ 3536814-49, API CB
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: sifarişə əsasən
Təsvir:
Mövsümi mühərrik yağı zəruri istismar xüsusiyyətlərini təmin edən effektiv qatqılar paketi ilə dərin saflaşdırılmış mineral baza yağı əsasında hazırlanır. Az kükürdlü neftdən alınan distillat və qalıq komponentlər və həmçinin kompozit qatqılar qarışığından istehsal olunur.
Tətbiq sahələri:
М14В2 mühərrik yağı  tərkibində 0,5%-dək kükürd olan dizel yanacağı ilə işləyən, az və orta gücləndirilmiş avtomobil, teplovoz və gəmi dizellərinin (turbo-üfürməsiz), həmçinin ağır yüklü mədən özüboşaldanlarının iki və dörd taktlı mühərriklərinin yağlanmasında istifadə olunur.
Xüsusiyyətləri:
Oksidləşmə, korroziya və köhnəlmə əleyhinə və yaxşı yuyucu xassələrə malikdir. Buxarlanma və sis itkiləri əhəmiyyətsiz dərəcədə azdır. Universal tətbiq edilir, mühərrikin istismar müddətini artırır, yüksək temperaturlarda stabildir.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Тipik göstəricilər
Kinematik  özlülüyü,100 °C mm2/s, 13,5-14,5
Özlülük indeksi, az olmamalı 85
Qələvi ədədi,mq KOH/q yağa, az olmamalı 4,8
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 210
Donma temperaturu, °C, yuxarı olmamalı -12
Sulfat külünün miqdarı, %, çox olmamalı 1,3
Sinkin miqdarı, % 0,045
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0,02
Sıxlıq, 20 °C,  q/sm3,  çox olmamalı 0,91
ЦНТ kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı (durulaşdırılmış 15:85) 3
Suyun miqdarı, %, çox olmamalı izi
Qurğuşun lövhədə korroziya sınağı, q/m2, çox olmamalı olmamalı