İyunun 14-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YT Park) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru Vasif Abbasov müstəqil dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri barədə məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olmasından danışıb, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Liderin Azərbaycanı parçalanmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyini xatırladıb.

Vasif Abbasov bildirib ki, ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Bütün bu nailiyyətlər xalqımızın böyük dəstəyi sayəsində mümkün olub və Azərbaycanın daha sürətli inkişafı yolunda yeni perspektivlər açıb. O, müstəqil Azərbaycanın uğurlu inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da xüsusi rolu olduğunu qeyd edib.

Baş direktor ölkəmizdə son illər bütün sahələrdə olduğu kimi, elmin, təhsilin, texnologiyanın inkişafı sahələrində də əldə olunan yüksək nailiyyətlərdən danışıb, bu istiqamətlərin inkişafında YT Parkın da xüsusi rola malik olduğunu deyib.

Sonra çıxış edən YT Parkın icraçı direktoru Zaur Nəhmətov Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışıb. O, Ulu Öndərin Azərbaycanın dövlətçilik maraqlarını həmişə üstün tutduğu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.