20 sentyabr 2018 – ci ildə Belarusiyanın Minsk şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbir Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının 25 illik fəaliyyətini özündə əks etdirən video xülasə ilə başlayıb. Daha sonra çıxış edən assosiasiya rəhbəri təşkilatın prespektiv istiqamətləri və mexanizmləri, yeni qəbul edilmiş üzvlər haqqında geniş məlumat verib.

Tədbirdə Beynəlxalq Elmlər Akademiyaları Assosasiyasının yeni yaradılmış saytı müzakirə olunub.

Akademik Akif Əlizadə öz çıxışında akademiyanın əsas elmi istiqamətləri haqqında məlumat verib. Bildirib ki, bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet sahələrdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elmi mərkəzləri ilə əlaqələr qurulur. Akademik A.Əlizadə Azərbaycan alimlərinin MDB ölkələri, eləcə də Avropanın aparıcı elmi mərkəzlərində mühüm elmi layihələrə rəhbərlik etdiyini, o cümlədən AMEA-nın elmi müəssisələrindən doktorantların həmin mərkəzlərdə təcrübə keçdiyini çıxışında qeyd edib.

Sonda Beynəlxalq Elmlər Akademiyaları Assosasiyasının 25 illik yubileyinə həsr olunmuş ordenlərlə təktif etmə mərasimi keçirildi.AMEA – nın prezidenti akademik Akif Əlizadə və vitse – prezident akademik İbrahim Quliyev ordenlərlə təltif olundular.