YT Parkın 21 hektar ərazini əhatə etdiyini vurğulanan proqramda burada yeni innovativ layihələri olanlar, bizneslə məşğul olmaq istəyənlər, o cümlədən startapçılar üçün vergi, gömrük güzəştlərinin nəzərdə tutulduğunu söyləyib. Gənc alimləri və startapçılar ideyalarını YT Parkın dəstəkləməyə hazır olduqlarını qeyd edilib.

YT Parkın alimlərdən ibarət Ekspertlər Şurasının olduğunu və şura tərəfindən yeni ideyaların uğurlu tətbiqi üçün biznes planının, texniki-iqtisadi əsaslandırılmanın, satış bazarı və marketinqinin müəyyənləşdirilməsinə dəstəyin verildiyini diqqətə çatdırıb.

N.Şükürov bu gün Parkın ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, mülki və respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətədavamlı məhsulların istehsal olunduğunu bildirib.