AMEA Yüksək Texnologiyalar Parkında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə kompaniyası keçirilib

İnsanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etmək Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biridir. Azərbaycan dövləti ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsinə həmişə xüsusi diqqətlə yanaşır.

Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən çox böyük işlər görülüb. Ulu öndər Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə AMEA Yüksək Texnologiyalar Parkında mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib.

Kampaniya zamanı ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi, Texnoparkın daha da gözəlləşdirilməsi məqsədilə Parkın ərazisi təmizlənib, müxtəlif növ ağac tingləri əkilib. AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşları ağacəkmə kampaniyasında fəal iştirak ediblər.