ETN Təcrübə-Sənaye Zavodu — Rəsmi sayt
TSZ Logo
ETN
TƏCRÜBƏ-SƏNAYE ZAVODU

Haqqımızda

ETN Təcrübə-Sənaye Zavodu (Experimental Industrial Plant) 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır.

Zavod ölkəmizdə bu tipli ilk və yeganə təcrübə-sınaq müəssisəsidir. Onilliklər ərzində yerli neft-kimya elminin praktik tətbiqinə töhfə vermiş, ölkədə sənaye-elm əlaqəsinin əsas körpülərindən biri olmuşdur.

Əsas vəzifələr:

• Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması;
• Təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi;
• Layihə göstəricilərinin çıxarılması;
• Neft-kimya və texniki təyinatlı məhsulların istehsalı;
• Yerli xammal əsasında impordəvəzedici məhsulların hazırlanması.

Zavod tərkibində müasir Elmi-Tədqiqat Sınaq Laboratoriyası fəaliyyət göstərir. Laboratoriya 2014-cü ildə əsaslı şəkildə təmir olunmuş və müasir avadanlıqlarla təchiz edilmişdir. Burada DÜST, ASTM və digər beynəlxalq standartlara uyğun olaraq xammalların, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinə nəzarət həyata keçirilir.

Bu gün TSZ Azərbaycanın elmi-sənaye potensialının möhkəmləndirilməsində fəal iştirak edir, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir və yeni nəsil mütəxəssislərin hazırlanmasına dəstək verir.