Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin “Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” şöbəsinin müdiri Məhəmmədəli Aslanov, “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin baş məsləhətcisi Ramin Baloğlanov 03 Aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkına səfər ediblər.
Görüşün keçirilməsində əsas məqsəd YT Parkda istehsal olunan məhsullarla yaxından tanışlıq, eləcə də əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. YT Parkın rezidentləri, AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə tanış olublar. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb.