Məlum olduğu kimi AMEA Təcrübə-Sənaye Zavodunda transmissiya yağlarının istehsalı aparılır. Lakin ötən ilin sonlarına kimi istehsal olunan transmissiya yağları bəzi müasir standartlara cavab vermirdi və daxili tələbatı ödəyəcək keyfiyyətdə deyildi. AMEA Təcrübə-Sənaye Zavodunda yenidənqurma və istehsalatın təkmilləşdirilməsi prosesi zamanı transmissiya yağlarının təkmilləşdirilməsi və müasir standartlara cavab verməsi üçün ötən ilin sonlarından bir çox işlər görülür.

Bu barədə ətraflı məlumat verən AMEA Təcrübə-Sənaye Zavodunun marketinq mütəxəssisi Cavid Şahmuradovun bildirdiyinə görə təkmilləşdirmə prosesi üçün Avropa və Yaxın Şərq ölkələri ilə əməkdaşlıqlar aparılır. İngiltərə, Fransa, Türkiyə, Rusiya, İran, BƏƏ və digər ölkələrin neft-kimya məhsulları istehsalı və tədqiqatı ilə məşğul olan firmalardan nümunələr alınır və burda tədqiqatı aparılaraq zavodda istehsal olunan transmissiya yağları ilə müqayisə olunur. Nəticə etibarı ilə müqayisə nəticəsindən sonra zavodda istehsal olunan transmissiya yağlarının da keyfiyyətinin müasir tələblərə cavab verməsi üzərində işlər gedir.

Cari ilin ortalarına qədər istehsal olunan transmissiya yağlarının bütün müasir standartlara cavab verməsi planlaşdırılır.