Müasir dünyamızı ağır sənayesiz və orda istifadə olunan ağır avandanlıqlarsız təsəvvür etmək mümkün deyildir. O səbəbdən də sənaye avadanlıqlarının istifadəsi və dayanıqlılığı üçün müxtəlif növ məhsullar istifadə olunur. Təcrübə-Sənaye Zavodunda da sənaye üçün ən çox istehsal olunan məhsul yağ və sürtkü məhsullarıdır.

Hal-hazırda Təcrübə-Sənaye Zavodunda KC-19 kompressor yağı, Ox yağı, MC-20 aviasiya kompressor yağı, И-12А, И-20А, И-30А, И-40А, И-50А çeşidli baza yağları istehsal olunmaqdadır.

TSZ tərəfindən istehsalı genişləndirlən КС-19 kompressor yağı seçmə üsulla təmizlənmiş kükürdlü-parafinli neftdən alınan mineral yağdır. Tərkibində qatqılar mövcud deyil. Adi iş rejimli porşenli və rotasiya kompressorlarında (orta və yüksək təzyiqli) istifadə olunur. КС-19 yağı vahid təsnifat üzrə kompressor yağlarının birinci qrupuna mənsubdur. İş təyinatına görə КС-19 kompressor yağı yüksək temperaturlu sıxılmış qazla birbaşa kontaktda olur, yağlayıcı (slindr və klapanları yağlayır), həmiçinin kipləşdirici mühit (sıxılma kamerasını hermetikləşdirir) kimi işləyir.

Sənayedə istifadəsi və faydası ən çox olan yağlardan birisi “Ox yağı” neftin distillyat fraksiyası ilə birbaşa distilləsindən alınan sürtkü yağıdır. Hal-hazırda zavodda ehtiyaca əsasən müxtəlif qablaşdırılmalarda istehsal olunan bu yağ ölkədaxili tələbatın bir qismini ödəmək qalibiyyətinə malikdir.

Aviasiya sahəsində ən çox tələb olunan yağlardan birisi olan МС-20 — seçmə üsulla saflaşdırılan yağdır. Tərkibində az miqdarda kükürd olan parafinli və parafinsiz neftdən hazırlanır. Yüksək ozlülüyə, çox yaxşı adgeziyaya, yaxşı yağlama xüsusiyyətlərinə və 265°C-dən aşağı olmayan alışma temperaturuna malikdir.

Sənayenin bir çox sahələrində ehtiyac olan baza yağları adlandırdığımız И-12А, И-20А, И-30А, И-40А, И-50А  aşqarsız sənaye yağları, yağın xüsusiyyətlərinə oksidləşmə və korroziya əleyhinə xüsusi tələbləri olmayan sənaye avadanlıqlarının maşın və mexanizmlərində istifadə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu olaraq sənaye və müxtəlif sahələr üçün ehtiyac olan yağ və sürtkü məhsullarının istehsalı və təkmilləşdirilməsi üzərində böyük işlər görmək üçün var gücümüzlə çalışmaqdayıq.