Təcrübə-Sənaye Zavodu 2016-ci ilə qədəm qoyan zaman illik strateji planını öncədən hazırlamış və planın icrası üçün bütün gücü ilə çalışmışdır. Bu barədə ətraflı məlumat verən zavodun direktoru Vasif Abbasov cari ildə görülən işləri də bizlərlə paylaşmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının yeganə təcrübə-sınaq zavodu olan Təcrübə-Sənaye Zavodu ölkə rəhbərliyinin iqtisadiyyatımızın inkişafına verdiyi diqqət və qayğının nəticəsi olaraq cari ildə bir çox yenidən qurma işləri aparmış, yeni məhsulların istehsalına başlamış və zavodun çoxprofilli olması üzərində bir çox işlər görmüşdür. Hal-hazırda Təcrübə-Sənaye Zavodunda 50-dən çox neft və qeyri-neft məhsulları istehsal olunur. Məhsullar istehsala buraxılmadan öncə zavod elmi-tədqiqat laboratoriyasın tədqiq olunur, sınaq keçirilir, lazımi sertifikatlar alınaraq istehsalına rəsmi icazə alınır. İstehsal edilmiş məhsullar uzun müddət zavodda test edildikdən sonra istehlaka göndərilir.

Cari ildə zavodun əldə etdiyi uğurlardan birisi də ilk dəfə olaraq Azərbaycan ISO 9001:2015 sertifikatını alan müəssisə olmasıdır.

Bundan əlavə olaraq cari ilin son rübündə cənab prezidenti imzaladığı sərəncama əsasən AMEA TSZ-nin ərazisi yeni yaradılmış AMEA Yüksək Texnologiyalar Parkına verilmiş və Təcrübə-Sənaye Zavodu AMEA YTP-nin tərkibə daxil edilmişdir. Bunun ən faydalı tərəfi TSZ-nin istehsal edəcəyi məhsulların daha çox innovativ və rəqabətə davamlı olacağına imkan yaratmasıdır.

Nəzərinizə çatdıraq ki, AMEA TSZ-nin illik fəaliyyəti və yekun hesabatı tezliklə ictimaiyyətin nəzərinə çatdırılacaqdır.