Image module
Solidol Ж
Adi temperaturlar üçün ümumi təyinatlı sürtkü.
Təsnifat: DIN 51825 üzrə K2C-20 (tələblərinə uyğundur): ГОСТ 1033-79
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: 1, 3, 7, 16 kq
Təsvir:
Neftdən hasil edilən orta özlülüklu yağ distillatları qarışığını, təbii bitki yağlarının tərkibinə daxil olan yağ turşularının hidratlaşmış kalsium duzları ilə dispers sistemindən ibarətdir.
Tətbiq sahələri:
Solidol 60-70ºС-dək temperaturlarda işləyən mexanizmlərdə istifadə olunur. Sürtkü maşın və mexanizmlərin, nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikalarının, əl və digər alətlərin, şarnirlərin, az sürətli dişli reduktorların vintli və zəncirli ötürücülərinin nisbətən kobud sürtünən hissələri üçün nəzərdə tutulub. Avtomobil təcrübəsində geniş temperatur intervalı tələb olunmayan, mühafizə edilməyən, kobud sürtünən hissələrdə tətbiq olunur.
Xüsusiyyətləri:
Yüksək suya davamlılıq və əla temperatur-özlülük xüsusiyyətlərinə malikdir, saxlanma zamanı az qatılaşır. Kifayət qədər güclü mexanizmlərdə (diyircəkli yastıqlar, şarnirlər, bloklar və s.) işləmək iqtidarındadır.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Sürtkü tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Sürtkünün gözə düşməsindən özünüzü qoruyun. Sürtkünü dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Sürtkü gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş sürtkünün rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya boşaldılması qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Xarici görünüşü Açıq qəhvəyidən tünd qəhvəyiyədək rəngə çalan bircins krem
Damcıdüşmə temperaturu, °С, aşağı olmamalı 110
Penetrasiya, 25 °С-də с qarışdırılmaqla, mm-1 230-290
Kolloid stabilliyi, ayrılmış yağın %-i, çox olmamalı 8
Metallara korroziya təsiri davam gətirir
Sərbəst qələvilərin NaOH-a hesablanmış kütlə miqdarı, %, çox olmamalı 0,2
Suyun miqdarı, %, çox olmamalı 3,0
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0,1