Image module
Bütün mövsümlər üçün mineral transmissiya yağı
Təsnifat: (tələblərinə uyğundur): SAE 85W140 API GL-5; TŞ AZ 1500051871.061
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: Sifarişə əsasən
Təsvir:
Bütün mövsümlər üçün mineral transmissiya yağı yüksək saflaşdırma dərəcəli mineral baza yağı əsasında istehsal olunur
Tətbiq sahələri:
Minik avtomobilləri, furqonlar, yük avtomobilləri, avtobuslar, kənd təsərrüfatı və tikinti texnikalarının mexaniki transmissiyalarında;
SAE 85W140 özlülük təsnifatına uyğun olan API GL-5 sinifli transmissiya yağı tələb edən ön və arxa differensiallarda, aparıcı ox differensialında, ön körpücük topunun dişli çarxında, ön və arxa təkər reduktorlarında, paylayıcı qutularda istifadə edilir.
Xüsusiyyətləri:
Yüksək termiki stabillik sürtkü materialı və sürət qutusunun resursunu və istismar xassələrini artıraraq çöküntülərin yaranmasının və yağın qatılaşmasının qarşısını alır.  Siyrilmə və yeyilmələrə qarşı çox gözəl xüsusiyyətlərə malikdir. Oksidləşməyə qarşı təkmilləşdirilən termiki stabillik və dayanıqlıq mexanizmlərin müstəsna təmizliyinə və yağın dəyişilməyə qədər xidmət müddətinin uzadılmasına şərait yaradır.
Yeyilmədən yaxşı mühafizə və aparıcı xüsusiyyətlər hətta ağır yüklənmə və geniş temperatur intervalı şəraitində transmissiya detallarının istismar müddətini artırır.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Kinematik özlülüyü,100 °C-də, mm2/s, 24.0-41.0
Özlülük indeksi, az olmamalı 90
Açıq putada alışma temperaturu, 0C, aşağı olmamalı 220
Donma temperaturu, 0C, yuxarı olmamalı -15
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0.01
Suyun miqdarı, %, çox olmamalı izi
Fosforun miqdarı, %, az olmamalı 0.1
Kükürdün miqdarı, %, az olmamalı 1,90
Turşu ədədi, mq KOH/q, çox olmamalı 2
3 saat müddətində mis lövhədə 100 0C-də korroziya sınağı davam gətirir
4 diyircəkli sürtünmə maşınında triboloji sınaqlar:
Siyrilmə indeksi,H, az olmamalı 588
Qaynaq yükü (Pc), H, az olmamalı 3920
Aşınma diametri, mm, çox olmamalı 0.4
Sıxlıq, 20 0C, kq/m3, çox olmamalı 920