Image module
Bütün mövsümlər üçün mineral transmissiya yağı
Təsnifat: (tələblərinə uyğundur): SAE 80W90 API GL-5;
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: Sifarişə əsasən
Təsvir:
Bütün mövsümlər üçün mineral transmissiya yağı yüksək təmizlənmə dərəcəli mineral baza yağı əsasında istehsal olunur
Tətbiq sahələri:
Orta yüklənmə və təzyiq şəraitində işləyən, API təsnifatına uyğun GL-5 yağı tələb edən mexaniki sürət qutuları, mobil texnika differensiallları, minik və yük avtomobillərinin körpücükləri, o cümlədən spiral-konusvari və hipoid ötürücülü körpücüklər üçün tövsiyə olunur.
Xüsusiyyətləri:
Yüksək termiki stabillik sürtkü materialı və sürət qutusunun resursunu və istismar xassələrini mühafizə edərək çöküntülərin yaranmasının və yağın qatılaşmasının qarşısını alır.  Yağın tərkibində olan korroziya və oksidləşməyə qarşı aşqarlar hesabına pillələrin uzun müddət ərzində yumşaq dəyişilməsi təmin edilir.
Yeyilmədən yaxşı mühafizə və aparıcı qabiliyyətlər hətta ağır yüklənmə və geniş temperatur intervalı şəraitində transmissiya detallarının istismar müddətini artırır.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır.  Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Kinematik özlülüyü,100 0C -də, mm2/s, 13.5-24.0
Özlülük indeksi, az olmamalı 90
Açıq putada alışma temperaturu, 0C, aşağı olmamalı 200
Donma temperaturu, 0C, yuxarı olmamalı -20
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0
Suyun miqdarı, %, çox olmamalı izi
Fosforun miqdarı, %, az olmamalı 0.1
Kükürdün miqdarı, %, az olmamalı 1,90
Turşu ədədi, mq KOH/q, çox olmamalı 2
3 saat müddətində mis lövhədə 100 0C-də korroziya sınağı davam gətirir
4 diyircəkli sürtünmə maşınında triboloji sınaqlar:
Siyrilmə indeksi,H, az olmamalı 568
Qaynaq yükü (Pc), H, az olmamalı 3687
Aşınma diametri, mm, çox olmamalı 0.4
Sıxlıq, 20 0C, kq/m3, çox olmamalı 902