Image module
Müasir dizel mühərrikləri üçün bütün mövsümlərə uyğun mühərrik yağı
Təsnifat: (tələblərinə uyğundur): TŞ AZ 1500051871.058, API CI-4;
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: 1, 4, 5, 7, 10, 20 litr
Təsvir:
Bütün mövsümlər üçün yüksək keyfiyyətli mineral mühərrik yağı yanma zamanı dəm qazı əmələ gəlməsini azaldır və işlənmiş qazların zəhərliliyini aşağı salan sistemlərə (SCR, EGR), Avro-4 ekoloji normalarına uyğun olaraq hazırlanıb. Çox və orta yüklənmiş dizel texnikalarının müasir istehsalçılarının tələblərinə cavab verir. Yüksək yağlayıcı və antifriksion xassələrinə sahibdir və müxtəlif istismar şəraitlərində mühərrikin etibarlı qorunmasını təmin edir.
Tətbiq sahələri:
Minik və yük avtomobilləri, avtobuslar, xüsusi, yolsuzluq şəraitində işləyən və digər texnikaların müasir və gücləndirilmiş, çox yüklənmiş turbo üfürməli və ya turbo üfürməsiz dizel mühərrikləri üçün nəzərdə tutulub. Ağır istismar şəraitində işləyən mədən maşınları və digər texnikaların mühərriklərində istifadəyə uyğundur.
Xüsusiyyətləri:
Mühərrik yağının istismar xüsusiyyətləri yüksək termostabilliyi hesabına bütün istifadə müddəti ərzində dəyişmir. Yaxşılaşdırılmış yağlayıcı xassə və stabil yağ qatının yaranması detalların köhnəlmə intensivliyini azaldır və mühərrikin istismar müddətini artırır. Korroziyadan etibarlı şəkildə qoruyur. Antifriksion xassə hesabına mühərrikin maksimal gücünü təmin edir.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
Kinematik  özlülüyü, mm2/s, 100°C-də 13.5-16.0
Özlülük indeksi, az olmamalı 140
Qələvi ədədi, mq KOH/q, az olmamalı 9
Sulfat külünün miqdarı, %, çox olmamalı 1,5
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 230
Donma temperaturu, °C, yuxarı olmamalı -36
Sinkin miqdarı, %, az olmamalı 0.05-0.06
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0.01
Suyun miqdarı, %, çox olmamalı izi
Qurğuşun lövhədə korroziya sınağı, q/m2, çox olmamalı 8
ЦHT kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 6,0
Sıxlıq, 20°C, q/sm3,  çox olmamalı 0,900