Image module
Dizel mühərrikləri üçün bütün mövsümlərə uyğun mineral mühərrik yağı
Təsnifat: (tələblərinə uyğundur): TŞ AZ  1647166-08, API CB;
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: 1, 4, 5, 7, 10, 20 litr
Təsvir:
Bütün mövsümlər üçün nəzərdə tutulan mühərrik yağı neftdən alınan seçmə üsulla saflaşdırılmış, həlledicilərlə parafinsizləşdirilmiş və hidrotəmizlənmiş yağ distillatları əsasında hazırlanıb. Yağın tərkibində yağlayıcı, yuyucu, dispersiya edici xassələrini yaxşılaşdıran, oksidləşmə və korroziya əleyhinə effektiv aşqarlar (əlavələr) var. Maşınlar, digər yerüstü və dəniz nəqliyyat vasitələrində müvafiq dərəcədə yuyucu və neytrallaşdırıcı xassələrə malik yağ tələb edən adi (atmosfer) dizel mühərriklərində yaxşı yağlamanı təmin edir. Yağ turboüfürməsiz mühərriklər üçün tövsiyə olunur.
Tətbiq sahələri:
Yağ ilk növbədə API CB keyfiyyət dərəcəsi və SAE 15W40 özlülüyü tövsiyə olunan, adi istismar şəraitində işləyən nəqliyyat vasitələri, maşınlar, dəniz və stasionar köməkçi aqreqatların üfürməsiz (turbo-kompressorsuz) dizel mühərriklərində (o cümlədən alışdırıcılı) tətbiq olunur. Ağır və yolsuzluq şəraitində işləyən texnikalar, mədən avtomobillərində istifadəyə yararlıdır.
Xüsusiyyətləri:
mühərrik elementlərini köhnəlmədən mühafizə edir,
çöküntü və sisin yaranmasına mane olur,
müvafiq dispersləşmə  və yuma potensialını təmin edir,
yağlanan səthdən his və şlamların qalıqlarını çıxarır,
oksidləşməyə qarşı yaxşı dayanıqlıq,
mühərrikin asan işə düşməsi və qış şəraitində sürətli start,
-20ºC-dən 40ºC-dək işçi temperatur diapazonu.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır.  Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
Kinematik  özlülüyü, mm2/s, 100 °C-də 12,5-16,3
Özlülük indeksi, az olmamalı 105
Qələvi ədədi, mq KOH/q, az olmamalı 4,0
Sulfat külünün miqdarı, %, çox olmamalı 1,0
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 210
Donma temperaturu, °C, yuxarı olmamalı -15
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı 0,015
Suyun miqdarı, %, çox olmamalı yoxdur
ЦHT kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 6,0
Sıxlıq, 20 °C, q/sm3,  çox olmamalı 0,910