Image module
Ox yağı
Təsnifat: ISO 3448 üzrə 10,46,68  ISO 6074 üzrə HH
(tələblərinə uyğundur): ГОСТ 610-72
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: sifarişə əsasən
Təsvir:
Neftin distillat fraksiyası ilə birbaşa distilləsindən alınan sürtkü yağıdır.
Tətbiq sahələri:
Əsas tətbiq sahəsi – dəmiryol nəqliyyatının hərəkətli tərkib hissələri, vaqonların təkər cütlərində, teplovozların sürtünən-fırlanan diyircəkli yastıqlarında, ox boyunlarının yağlanması üçün istifadə olunur. Ox yağı bundan başqa sürtünən hissələrdə və bir çox sənaye mexanizmlərinin dişli reduktorlarında tətbiq olunur.
Xüsusiyyətləri:
yuma xassəsi;
korroziyadan etibarlı qoruma;
uzunmüddətli mühafizə;
üstün istismar xüsusiyyəti;
geniş temperatur diapazonunda istifadə
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Kinematik özlülüyü, 50 °C-də, mm2/s, aşağı olmamalı 42-60
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 135
Donma temperaturu, °C, yuxarı olmamalı – 
Mexaniki qarışıqların miqdarı, % , çox olmamalı 0,07
Suyun miqdarı, %, çox olmamalı izi
Suda həll olan turşu və qələvilərin miqdarı yoxdur