Image module
Kompressor yağı
Təsnifat: SAE 50, İSO VG220 (tələblərinə uyğundur): ГОСТ 9243-75
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: 20, 208 litr
Təsvir:
КС-19 kompressor yağı seçmə üsulla təmizlənmiş kükürdlü-parafinli neftdən alınan mineral yağdır. Tərkibində aşqarlar mövcud deyil. Adi iş rejimli porşenli və rotasiya kompressorlarında (orta və yüksək təzyiqli) istifadə olunur. КС-19 yağı vahid təsnifat üzrə kompressor yağlarının birinci qrupuna mənsubdur. İş təyinatına görə КС-19 kompressor yağı yüksək temperaturlu sıxılmış qazla birbaşa kontaktda olur, yağlayıcı (slindr və klapanları yağlayır), həmiçinin kipləşdirici mühit (sıxılma kamerasını hermetikləşdirir) kimi işləyir.
Tətbiq sahələri:
Orta və yüksək təzyiqli porşenli kompressorların yağlanması üçün nəzərdə tutulan yağdır. Əsas tətbiq sahələri bunlardır – bir-çox sənaye sahələri, nəqliyyat – soyuducu qurğularda, kimya və metallurgiya sənayesi, qaraj təsərrüfatı, pnevmatik sistemlərin təminatı.
Xüsusiyyətləri:
yüksək termooksidləşmə stabilliyi;
köpüklənməyə qarşı xassə;
etibarlı temperatur-özlülük xüsusiyyəti;
kompressorların təzyiqartırıcı xətlərində koksşəkilli yağ çöküntülərinin yaranmasının qarşısını alır
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə, sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Kinematik özlülüyü,100 °C mm2/s, 18-22
Özlülük indeksi, az olmamalı 92
Kokslaşma dərəcəsi, %, çox olmamalı 0,5
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 260
Donma temperaturu, °C, yuxarı olmamalı -15
Sulfat külünün miqdarı, %, çox olmamalı 0,005
Suda həll olan turşu və qələvilərin miqdarı yoxdur
Mexaniki qarışıqların miqdarı, %, çox olmamalı yoxdur
Suyun miqdarı, %, çox olmamalı yoxdur
Sıxlıq, 20 °C, q/sm3, çox olmamalı 0.905
Kükürdün miqdarı, %, çox olmamalı 1,0
Turşu ədədi, mq KOH/q, çox olmamalı 0,02
ЦНТ kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 7
Qurğuşun lövhədə korroziya sınağı, q/m2, çox olmamalı 10