Image module
Dizel mühərrikləri üçün mineral mühərrik yağı
Təsnifat: (tələblərinə uyğundur): ГОСТ 25770-83,  TŞ AZ 1647166-01, API CB
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: sifarişə əsasən
Təsvir:
М16В2 mühərrik yağı az kükürdlü neftdən alınan təmizlənmiş qalıq və distillat komponentlərin qarışığından və qatqılar kompozisiyasından  ibarətdir.
Tətbiq sahələri:
Distillat yanacağı (1%-dək kükürdlü) ilə ağır istismar şəraitində işləyən orta dövriyyəli əsas və köməkçi gəmi dizelləri üçün mühərrik yağı.
Müvafiq özlülük sinifli yağ tələb edən köməkçi mexanizmlərdə də istifadə oluna bilər (reduktor, turboüfürücülər, gəmilərdə yağdoldurulan quyruq boruları və dəyişən addımlı vintlər). Avtonom dizel-generatorlar üçün tövsiyə olunur.
Xüsusiyyətləri:
Porşenlərin və bütünlüklə mühərrikin yaxşı təmizlənməsi hesabına yüklənmə və pis alışma şəraitlərində elastiklik, yağın istismar müddətinin artırılması, xüsusi olaraq çox yüklənmiş mühərriklərdə, ağır istismar şəraitlərində oksidləşmə və termiki stabilliyin yaxşılaşdırılması təmin edilir.
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat-gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Тipik göstəricilər
   
Kinematik  özlülüyü, 100 °C-də, mm2/s, 15,5-16,5
Özlülük indeksi, az olmamalı 85
Qələvi ədədi, mq KOH/q yağa, az olmamalı 3.5
Çöküntü əmələ gəlməsinin induksiya dövrünə əsasən stabilliyin təyini davam gətirir
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 210
Donma temperaturu, °C, yuxarı olmamalı -15
Mexaniki qarışıqların miqdarı, % , çox olmamalı 0,015
Sıxlıq, 20 °C-də, q/sm3,  çox olmamalı 0,91
ЦНТ kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 6
Suyun miqdarı, %, çox olmamalı olmamalıdır