Image module
Aviasiya kompressor yağı
Təsnifat: SAE 50, ISO VG 220 (tələblərinə uyğundur): ГОСТ 21743-76
İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb
Qablaşdırma variantları: sifarişə əsasən
Təsvir:
МС-20 — seçmə üsulla təmizlənmiş yağdır. Tərkibində az miqdarda kükürd olan parafinli və parafinsiz neftdən hazırlanır. Yüksək ozlülüyə, çox yaxşı adgeziyaya, yaxşı yağlama xüsusiyyətlərinə və 265°C-dən aşağı olmayan alışma temperaturuna malikdir.
Tətbiq sahələri:
МС-20 aviasiya yağı təyyarələrin porşenli mühərriklərində; МС-8П, МС-8 yağları ilə qarışıq halda (müxtəlif nisbətlərdə) turbovintli mühərriklərin yağlama sistemlərində; vertolyotların vtulkalarının ox şarnirlərində; qazvuran aqreqatların motokompressorlarının yağlanmasında, həmçinin bəzi yağ və sürtkülər üçün baza komponenti kimi istifadə olunur.
Xüsusiyyətləri:
yüksək termooksidləşmə stabilliyi;
yeyilməni azaldır;
yüksək temperaturlu xüsusiyyət;
əla adgeziya
Məhsulun təhlükəsiz istifadə qaydaları (sağlamlıq və ətraf mühitin mühafizəsi):
Diqqət! Yağ tövsiyə olunan sahələrdə təyinatı üzrə düzgün istifadə edildikdə və şəxsi, istehsalat- gigiyena qaydalarına riayət edildikdə sağlamlıq və ətraf mühitə təhlükə yaratmır. Yağın gözə düşməsindən özünüzü qoruyun. Yağ dəyişərkən qoruyucu əlcəkdən istifadə edin. Yağ gözə və ağıza düşdüyü halda təcili su ilə yuyun. Zərurət yarandıqda həkimə müraciət edin. Dəridən təmizlənməsi üçün sabundan istifadə edin. İşlənmiş məhsulun utilizasiyası zamanı ətraf mühitin qorunması qaydalarına riayət edin. İşlənmiş yağın rəsmi qəbul məntəqələrinə təhvil verilməsi lazımdır. Kanalizasiyaya, torpağa və suya süzülməsi qadağandır. Daşınma və saxlanma ГОСТ 1510-84 üzrə həyata keçirilir. Məhsulla düzgün davranma qaydaları “Təhlükəsizlik pasportu”nda göstərilib. “Təhlükəsizlik pasportu” sorğu əsasında təqdim olunur.
Göstəricinin adı Əsas xüsusiyyətlər
   
Kinematik özlülüyü,100 °C mm2/s, az olmamalı 20,5
Özlülük indeksi, az olmamalı 80
külün miqdarı, %, çox olmamalı 0,003
Kokslaşma dərəcəsi, %, çox olmamalı 0,29
Açıq putada alışma temperaturu, °C, aşağı olmamalı 265
Donma temperaturu, °C, yuxarı olmamalı -18
Mexaniki qarışıqların miqdarı, % , çox olmamalı Yoxdur
Suyun miqdarı, % , çox olmamalı Yoxdur
Turşu ədədi, mq KOH/q, çox olmamalı 0,03
250 °C-də termooksidləşmə stabilliyi, dəq., az olmamalı 18
Suda həll olan turşu və qələvilərin miqdarı Yoxdur
Selektiv həlledicilərin miqdarı Yoxdur
ЦНТ kolorimetrində rəngi, ЦНТ vahidi, çox olmamalı 7
Sıxlıq, 200C, q/sm3, çox olmamalı 0,897