Daha öncə məlumat verdiyimiz kimi AMEA Təcrübə-Sənaye Zavodunda müxtəlif yuyucu vasitələrin istehsalı həyata keçirilir. Bu haqda ətraflı olaraq istehsal prosesini həyata keçirən müəssisənin direktor müavini Səttar Hüseynovun müsahibəsini təqdim edirik.

20 aprel, 2016-cı il tarixdən “TSZ PAV” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır.

“TSZ PAV” MMC Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodunun ərazisində öz istehsal sahəsini qurmuşdur. Müəssisə əsasən yuyucu məhsulların istehsalı ilə məşğuldur. Müəssisənin istehsalı əsasən 3 hissəyə ayrılmış sahələrdən ibarətdir. Buraya hazır məhsulun istehsalı, qablaşdırma və anbar sahələri daxildir. İstehsal sahəsində emal və plastik (korroziyaya davamlı) reaktor-meşalka (qarışdırıcı), plastik çənlər quraşdırılmış, ötürücü nasoslarla təmin edilmişdir. İstehsalın rentabelliyi və sərfəliliyi onun asan texnologiya ilə idarə olunması (heç bir təzyiq, istilik, buxar və s. istifadə olunmur) və ekoloji təmizliyə (heç bir tullantı yoxdur) malik olmasıdır.

İstehsal olunan məhsullara aiddir:

  1. Müalicəvi əhəmiyyətli saç və bədən şampunları
  2. Maye sabunlar (6 növ)
  3. Qab yuyucu vasitələri (əl ilə və maşın üçün)
  4. Şüşə və parlaq səthlər təmizləyici vasitə
  5. Hamam və tualet üçün təmizləyici vasitə
  6. Kafel, metlax və bu kimi sərt sahələri təmizləyən vasitə
  7. Duş kabinə, qaz pilitə və mətbəx üçün təmizləyici vasitə
  8. Avtomobil şampunları
  9. Avtomobil mühərrikinin yuyulması üçün vasitə
  10. Aktiv-köpük – avtomobilə toxunmadan onun yuyulması üçün vasitə

 

Ümumiyyətlə 17 adda yuyucu vasitələrin istehsalı nəzərdə tutulmuşdur. Hal-hazırda 7 adda məhsul istehsal olunur.

14 iyun, 2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi 04-22/3-1923 №-li qərarı ilə, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçə 9 ünvanında yerləşən AMEA Təcrübə-Sənaye Zavodunda yuyucu vasitələrin istehsalına icazə verilmişdir.

“TSZ PAV” MMC-nin istehsal etdiyi məhsulların ilk öncə AMEA Fiziologiya İnstitutunun alimləri tərəfindən fizioloji-gigiyenik tədqiqi aparılmış və 049-1-7/128 №-li 2 may, 2016-cı il tarixli məktubu ilə təsdiqlənmişdir.

Bununla yanaşı yuyucu vasitələrin fiziki-kimyəvi və başqa xassələri AMEA Aşqarlar Kimyası İnstitutunda (maye sabun TŞ AZ 1500051871. 065-2016, Qab yuyucu vasitə TŞ AZ 1500051871. 066-2016, Ağ Naftalanlı şampun TŞ AZ 1500051871. 064-2016) tədqiq edilmiş və yuxarıda göstərilən texniki şərtlərlə tərtib edilmiş səlahiyyətli dövlət orqanlarında qeydə alınmışdır.

Həmçinin istehsal olunan yuyucu vasitələrin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən gigiyenik sertifikatlar (№ AZ 031 1455, 26 iyul, 2016-cı il) həmçinin həmin mərkəzin sınaq laboratoriyasının 20 iyul, 2016-cı il tarixli 109 №-li laborator müayinə protokolu, attestat № AZ 01.0072.01.16 və № AZ 031 1454 26 iyul, 2016-cı il, və mərkəzin sınaq laboratoriyasının 20 iyul, 2016-cı il tarixli 108 №-li laborator müayinə protokolu , attestat № AZ 01.0072.01.16 verilmişdir.

Nəhayət, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) yuyucu maddələr üçün “TSZ PAV” MMC seçilmiş, “Meh” əmtəə nişanını 8 iyul, 2016-cı il tarixdə qeydə almışdır.