Tədbirdə Təcrübə-Sənaye zavodunun bütün qadın əməkdaşları iştirak edirdi.

   Təcrübə-Sənaye zavodunun direktoru Vasif Abbasov tədbirdə iştirak edən qadın əməkdaşları zavod rəhbərliyi adından təbrik etdi. Zavodun fəaliyyətində qadınların özünə məxsus rolundan danışan V.Abbasov onların hər birinə şəxsi həyatlarında xoşbəxtlik, ailə səadəti arzuladı və qeyd etdi ki, ölkəmizin ictimai həyatının bütün sahələrində qadınlara bərabər imkanlar yaradıldığı kimi zavodumuzda işləyən qadın əməkdaşların da səmərəli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır.