Dekabrın 13-də saat 11:00-da AMEA-nın Əsas binasında görkəmli iqtisadçı alim, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2016-cı il tarixli “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunacaq.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.