AMEA Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasovun verdiyi məlumata görə, hal-hazırda TSZ-də istehsal olunan yağ və sürtkü məhsullarının yenidən qablaşdırılması, qablaşdırma üzərində olan informasiyaların daha izahlı şəkildə verilməsi, məhsullarının texniki tərkiblərinin göstərilməsi və s. işlər üzərində bir çox fəaliyyətlə məşğul olurlar.

Hal-hazırda “SAE” dizel mühərrik yağlarının və HLP hidravlik yağlarının yenidən qablaşdırılması işi tamamən başa çatmışdır. Bundan sonra zavodda istehsal olunan bütün məhsullarının müasir standartlara uyğun yenilənməsi üzərində işlər davam edəcəkdir.