AMEA TSZ-nin direktor müavini Namiq Əliyevin HLP Hidravlik yağları haqqında müsahibəsi.30.09.2016

Məlumat verdiyimiz kimi AMEA Təcrübə-Sənaye Zavodunda istehsal olunan məhsulların rebrendinq edilməsi prosesinə start verilmişdir. Mərhələli şəkildə olacaq prosesə ilk olaraq başlanılan məhsullardan birisi HLP Hidravlik yağlarıdır.

 

AMEA TSZ-nin müdir müavini Namiq Əliyev HLP 32/46/68 serialı hidravlik yağlarının rebrendinq edilməsi və HLP haqqında geniş məlumat vermişdir.

HLP seriyalı yağlar dərin seçmə üsulla saflaşdırılan mineral yağ əsasında istehsal olunur. Hazırlanma prosesində məhsulun yüksək istismar xüsusiyyətlərini təmin edən və dünya miqyaslı texnika istehsalçılarının tələblərinə cavab verən çoxfunksiyalı xarici qatqılar paketindən istifadə edilir.

HLP seriyalı yağlar üstün filtrlənmə xüsusiyyətinə malikdir. HLP yağının istifadəsi hidrosistem aqreqatlarının texniki xidmət və təmir xərclərini azaltmağa imkan verir. Əla özlülük-temperatur xassəsi, yüksək termooksidləşmə stabilliyi bütün istismar müddəti ərzində yağın kimyəvi tərkibinin sabitliyinə zəmanət verir və hidrosistemin etibarlı işini təmin edir.
HLP yağının yüksək deemulsiya, köhnəlməyə və köpüklənməyə qarşı müstəsna keyfiyyətləri, yağlama və soyutma xüsusiyyətlərini yaxşılaşdırmağa imkan yaradır, hidrosistemin detallarını korroziya və digər kimyəvi təsirlərdən qoruyur, sistemin istismar müddətini uzadır.

HLP yağlarının tətbiq sahəsi xüsusi olaraq, yüksək keyfiyyətli aşqarlı yağ tələb edən dəzgahların hidravlik sistemlərində, avtomatik xətlərdə, ağır press və başqa müasir avadanlıqlarda istifadə üçün hazırlanıb. Bu yağlar dağ-mədən və neftçıxarma sənayesi avadanlıqlarında,  körpülər və şlüz qapılarında, xilasetmə ləvazimatlarında, mobil texnikalarda (ekskavator və kranlar, tikinti texnikası, yol nəqliyyatı, kənd təsərrüfatı maşınları) tətbiq edilir.