AMEA Təcrübə-Sənaye Zavodunun Elmi-Tədqiqat Sınaq Laboratoriyasının müdiri k.ü.f.d. Səxavət Rüstəmov rəhbərlik etdiyi laboratoriyada görülən işlər və laboratoriyaya gətirilmiş yeni avadanlıqlar haqqında daha öncə müsahibə vermişdi. Bu gün isə k.ü.f.d. Səxavət Rüstəmov rəhbərlik etdiyi laboratoriyanın AZS İSO/İEC 17025-2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının tələblərinə uyğun olaraq Azərbaycan Milli Akkreditasiya sistemində akkreditasiya olunması üçün akkreditasiya sənədlərinin hazırlanmasına və keyfiyyəti idarəetmə sistemlərinin tədbiq olunmasına start verilməsi barəsində məlumat vermişdir.

Akkreditasiya prosesinin necə keçəcəyi, neçə müddətdə olacağı və digər bu kimi məlumatları tezliklə ictimaiyyətlə paylaşacağıq.