Məlumat verildiyimiz kimi Təcrübə-Sənaye Zavodunda istehsal olunan məhsullar sırasında sürtkü məhsullarının önəmi böyükdür. Floran EP-0/EP-2/EP-3 və onun analoqu olan Litol-24 sürtküləri TSZ-də uzun müddətdir istehsal olunur və beynəlxalq tələblərə cavab verməsi üçün rebrendinq edilir.

Floran EP-3 yaxşı qoruma xüsusiyyətlərinə malik çox məqsədli suya davamlı komleks antifriksion sürtkü. Sürtkü, bütün hallarda ümumi təyinatlı sürtküləri, əksər sürtünmə hissələrində isə yüksək temperaturlar üçün ümumi təyinatlı sürtküləri əvəz edə bilər. Çoxtəyinatlı sürtkü Floran EP-3 detalları mükəmməl şəkildə yeyilmədən qoruyur və çəkilən səthdə bərk dayanır. Hətta qaynayan suda dayanıqlıdır və qızma zamanı bərkimir. Sürət, yüklənmə və temperaturun geniş intervalında etibarlı şəkildə işləyir. Sürtkünün çox yaxşı mühafizə xassələri var və metal məmulatları korroziyadan etibarlı qoruyur, avadanlıqların yeyilməsini azaldır və xidmət müddətini artırır.

Floran istənilən növ sürtünmə hissələrində istifadə oluna bilər: fırlanan və sürtünən diyircəkli yastıqlar, şarnirlər, elektromaşınlar, yol-tikinti, kənd təsərrüfatı, dağ-mədən və s mexanizmlər, dişli və digər ötürücülər, istiqamətləndiricilərin, habelə bütün növ nəqliyyat vasitələri və sənaye avadanlıqlarının mexanizmlərinin sürtünən hissələrinin yağlanmasında istifadə olunur.

Sürtkü yüksək termiki, kolloid, kimyəvi və mexaniki stabilliyə, əla suyadavamlılığa malikdir, qızdırılma zamanı bərkimir. -40°C-dən +130°С-dək temperatur diapazonunda işləmək iqtidarındadır və temperaturdan asılı olmayaraq plastikliyini saxlayır.

İstehsal və keyfiyyətin idarə olunması sistemi İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

[/vc_column_text][/vc_column][/vc_row]