Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun 18 dekabr, 2015-ci ildə direktorlar şurasının iclası keçirilmişdir.

AMEA Prezidenti Akademik Akif Əlizadə iclası giriş nitqi ilə açıq elan etmişdir. Daha sonra AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev rəhbərlik etdiyi idarənin kurasiyasında olan Təcrübə-Sənaye Zavodunun gördüyü işlər haqqında və cari məsələləri iclas iştirakçılarının nəzərinə çatdırmışdır.

İclasda iştirak edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov zavodda görülən təcrübə işləri və istehsal olunan yeni məhsullar haqqında məruzə etmişdir.

İclas zamanı yeni təkliflərin dinlənilməsi, zavodun gələcək strategiyası və cari işlər müzakirə olunmuşdur.