Ezamiyyətin məqsədi “Elmin İnkişafı Fondu” və “TÜBİTAK” tərəfindən birgə elan olunmuş “Türk Dünyası Araşdırmaları” adlı qrant musabiqəsində iştirak etmək üçün Türkiyə tərəfindən olan tərəfdaşlarla görüşmək və təqdim olunan layihəni müzakirə etməkdir. Bu məqsədlə əməkdaşımız “İstanbul Teknik Üniversitesi” Kimya-Metalurji Fakültesinin Kimya mühəndisliyi bölməsinin professoru doktor Hasan Can Okutan ilə görüş kecirtmişdir. Görüş zamanı təqdim olunan qrand layihə tam olaraq müzakirə olundu və Tübitak tərəfindən bu layihəyə qoyulmuş tələblər dəqiqləşdirildi.

Daha sonra “PETROVİSCOL” şirkətində olan Səxavət Rüstəmov şirkətin təsisçiləri Yücel Yıldır və Alp Yıldır ilə görüşdə olub. Onlar qurduqları şırkət haqqında ətraflı məlumat veriblər. Burada olan ən müasir istehsalat qurğuları ilə, laboratoriya ilə, laboratoriyada olan son model analiz çıhazları haqqında məlumat veriblər.

Növbəti gün Turkiyənin İstanbul şeherinde yerleşen “ANALİTİKA” laboratuvar ve Proses Kontrol  Cih.San.Tic.Ltd.Şti olan əməkdaşımız, burada satış müdürü Rauf Öncel, satış təmsilçisi Barış Manaf və digər əməkdaşlarla görüşüb, onlar şirkətin fəaliyyət istiqamətləri, göstərdikləri xidmət və servis haqqında məlumat veriblər. Laboratoriya rəisi Səxavət Rüstəmov AMEA Təcrübə Sənaye Zavodu MMC-də görülən işlər barədə məlumat verib. Bundan əlavə zavod laboratoriyasında mövcud olan cıhazlar və onlara tələb olunan xidmət və servis haqqında muzakirələr edilib.