10 Aprel 2019-cu il tarixində İtaliya Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun direktoru professor Luigi Ambrosio, həmin institutun elmi işciləri Maria G.R., Marino L.,Giovanna B. və Kimyacı alim AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev AMEA Yüksək Texnologiyalar Parkına səfər etmişlər.
Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov qonaqları YT Parkda istehsal olunan məhsullarla yaxından tanış edib. Qonaqlar Xəzər regionunda təkrarı olmayan, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzinin laboratoriyası ilə yaxından tanış oldular. Kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə və keyfiyyət üzrə menecer Kamal Yusifov laboratoriyanın səlahiyyət sahəsi və avadanlıqlar barədə məlumat verdilər. Eyni zamanda nümayəndələr AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə yaxından tanış olublar. Açıq havada cay süfrəsi ətrafında müzakirələr davam edib. YT Park və Təcrübə-Sənaye Zavodunun hədiyyələrini AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev qonaqlara təqdim edib.