AMEA Təcrübə-Sənaye Zavodunda istehsal olunan yağ və sürtkü məhsullarının müasir standartlara cavab verən formaya salınması üçün bir çox tədbirlər planı hazırlanmışdır.

AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin verdiyi məlumata görə Təcrübə-Sənaye Zavodunda istehsal olunan məhsulların hər biri lazımi qaydada sertifikatlaşdırılır və müasir tələblərə uyğun olaraq qablaşdırılır. Zavodun Elmi-Tədqiqat Sınaq Laboratoriyasında istehsaldan əvvəl və sonra lazım olan bütün analizlər və təcrübələr aparılaraq müasir şərtlərə cavab verən məhsulların istehsalına icazə verilir.

Fətəli Abdullayin bildirdiyinə görə hal-hazırda zavodda bir çox yeni yağ və sürtkü məhsullarının hazırlanması üzərində işlər gedir. Bunun üçün zavod laboratoriyası lazımi avadanlıqlarla təmin edilmişdir.

Hal-hazırda zavodda dizel mühərrikləri üçün bütün mövsümlərə uyğun yağlar, transmissiya yağları, hidravlik yağlar, ox yağı və bir çox sürtkü məhsulları istehsal edilməkdədir. Eyni zamanda zavodda yağ və sürtkü məhsullarından başqa müxtəlif kimyəvi məhsullar istehsal olunur.