Akademik İbrahim Quliyev

AMEA-nın vitse-prezidenti

Müasir dövrdə elmi sənayedən uzaq təsəvvür etmək çətinləşmişdir. Hər bir elmi-tədqiqat işinin faydalılığı, onun sənayeyə qatdığı əlavə dəyər, o cümlədən milli iqtisadiyyatın inkişafında rolu xüsusi nəzərə alınır. Bu baxımdan, AMEA-da da elmi-tədqiqat, təcrübə-kostruktor işlərinin, eləcə də yeni ideya və təkliflərin innovativliyi, sənayeyə tətbiq imkanları üzərində yeni alət və mexanizmlər işlənib hazırlanır. AMEA-nın innovativ məhsulları həm kəmiyyət, həm də keyfiyyətcə daha da artır və yaxın gələcəkdə elm tutumlu iqtisadiyyatımızda daha çox hiss ediləcəkdir.

AMEA-da innovativ məhsulların hazırlaması, sınaq və eksperimantlərin aparılması, müvafiq istehsal imkanlarının artırılması məhsullarımızın rəqabət qabiliyyətini daha da gücləndirəcəkdir