Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu 2017-ci il hədəfləri çərçivəsində “Ağ Naftalan Yağı”-nın istehsalında da təkmilləşmə prosesi aparacaqdır. Məlumat verdiyimiz kimi “Ağ Naftalan Yağı” Neft-Kimya Prosesləri İnstitutu ilə birgə hazırlanır və istehsalata buraxılır. Dünyada yeganə yanmayan neft hesab edilən bu təbii sərvət bir çox xəstəliklərin müalicəsində istifadə edilir. 2017-ci il üçün bu məhsulun istehsalında yeni texnologiyanın tətbiqi, dünyada bu məhsulun tanınması üçün bir çox innovativ həllər üzərində çalışılır.

AMEA Təcrübə-Sənaye Zavodu olaraq 2016-cı ilin hesabatı verilən zaman 2017-ci ilin strateji planı və görülcək işlər haqqında ətraflı məlumat veriləcəkdir.