Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun gördüyü işlərlə tanış olmaq üçün 22 iyul, 2016-cı il tarixində AMEA İşlər İdarəsinin müdir Fətəli Abdullayevin dəvəti ilə Təcrübə-Sənaye Zavodunda olmuşlar.

Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi məhsullar ilə tanış olan Müdafiə Nazirliyinin əməkdaşları daha sonra hərbi sənaye üçün zavodun görə biləcəyi işlər haqqında zavod rəsmiləri ilə danışıqlar aparmışlar.