AMEA Təcrübə-Sənaye Zavodunun “Zavod Elmi-Tədqiqat Sınaq Laboratoriyası” yeni analiz cihazları almaqda davam edir. Son gələn cihazlarla laboratoriyanın bazası daha da genişlənmiş, analiz imkanları artmışdır. Alınan ən müasir cihazların  istifadə  imkanları yağların, sürtkülərin və digər məhsulların tam şəkildə ASTM, QOST və İSO standartların tələblərinə uyğun şəkildə analizlərin yüksək dəqiqliklə aparılmasına imkan verir. Cihazların seçimində analizlər nəticəlirin minimum xəta ilə aparılma imkanları nəzərə alınmışdır. Analiz zamanı istifadə olunan reagentlərin yüksək keyfiyyətli olmasına xüsusi diqqət yetirilir. Laboratoriya işçilərinin yeni alınan cihazlarla işləmək bacarığının artırılması məqsədilə təlimlər keçirilmiş və təlimat kitabları, prosedurlarla işləmək qaydaları izah olunmuşdur. Laboratoriyada aparılan təcrübələr həmçinin tədqiqat sınaq məqsədi daşıyır. Laboratoriyanın əsas məqsədi Azərbaycanda yerli xammallardan istifadə etməklə yüksək keyfiyyətli yağlar, sürtkülər və digər məhsullar əldə etməkdir.

Bununla yanaşı laboratoriyanın akreditasiyadan keçmiş ixtisaslı laboratoriya olması üçün hazırlıq işlərinə başlanılmışdır.